image-xankendibackend

“Ermənistanda başa düşürlər ki, Qarabağ onlar üçün ağır yükdür” -Arzuman Muradlı

image-reklam_sirab_01

“Ermənistanda artıq Qarabağdan əl çəkiblər. Rəsmi İrəvan 30 il işğalda saxladığı Qarabağ problemini Azərbaycanın daxili işi hesab edir. Bunu İrəvanın rəsmi mövqeyindən də başa düşmək olar. İndi Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana qarşı yeni təzyiq aləti tapıb və sualı belə qoyublar: “Ermənistanın baş naziri Dağlıq Qarabağın yeni prezidenti seçilən Samvel Şahramyanı niyə təbrik etməyib?”. ” -bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, erməni müxalifəti bu vasitədən istifadə etməklə xalqdan dəstək almağa çalışır.

“Artıq Ermənistanda başa düşürlər ki, Qarabağ onlar üçün ağır yükdür. Bu yükdən qurtulmaq Ermənistana çox fayda verə bilər.  Nikol Paşinyan hələ ağlını tam itirməyibsə, Samvel Şahramyanı separatçıların “lideri” seçilməsi münasibətilə təbrik etməməlidir, bu onun sözdə də olsa “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasına uyğun olar. Nikol Paşinyan təcili Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək və həmin görüşdə nəsə nəticə əldə etmək istəyirsə, “təbrikdən” imtina etməlidir. Yox əgər Nikol Paşinyan daxildəki və xaricdəki radikalların təzyiqi altında Samvel Şahramyanı separatçıların “lideri” seçilməsi münasibətilə təbrik edərsə, gərək Azərbaycanla münasibətlərin normallaşmasına ümid etməsin. Bu “təbrik” onun çox qorxduğu toqquşma ehtimalını da artıracaq.”- deyə Arzuman Muradlı bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki