image-reklam-veteninfo
image-1backend

Ermənistanda canlı yayımda əlbəyaxa dava düşdü – VİDEO

image-reklam-veteninfo

Hakimiyyət tərəfdarı ilə müxalifət jurnalistinin mübahisəsi studiyada qarşıdurmaya çevrildi

Ermənistanda siyasi qarşıdurma bu dəfə televiziya efirində əlbəyaxa davaya səbəb olub.

Vətəninfo.az xəbər verir ki, hadisə Ermənistan İctimai Televiziyasında yayımlanan “Böyük debat” (Մեծ բանավեճ) tok-şousunda baş verib.

Belə ki, hakimiyyətyönlü politoloq Harutyun Mkrtçyanla müxalifətçi jurnalist Boris Murazi arasında başlayan mübahisə qısa müddət sonra qarşılıqlı təhqirlərə, daha sonra isə fiziki qarşıdurmaya çevrilib.

Məlumata görə, mübahisənin səbəblərindən biri Murazinin yezidi milli azlığına mənsubiyyətinin müzakirə mövzusuna çevrilməsi və onun ünvanına nalayiq ifadələrin işlədilməsi olub. Tərəflər arasında mübahisə zamanı ailə üzvlərinə ünvanlanan təhqirlər də səsləndirilib.

Nəticədə studiyada gərginlik artıb və tərəflər canlı yayım zamanı əlbəyaxa davaya çıxıblar.

Qeyd edək ki, son vaxtlar Ermənistanda siyasi fikir ayrılıqlarının parlamentdə və ictimai müzakirələrdə qarşıdurmalara çevrilməsi diqqət çəkir. Bu dəfə isə mübahisə televiziya tamaşaçılarının gözü qarşısında baş verib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki