image-1backend

Ermənistanda etirazçılar özlərini zəncirlədilər -VİDEO

image-reklam_sirab_01

“Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında saxlanılan tərəfdarlarının azad edilməsi tələbi ilə Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında qeyri-adi etiraz aksiyası keçiriblər.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Vəkil Ruben Melikyan qeyd edib ki, mayın 31-də Ermənistan XİN-də saxlanılan vətəndaşlara qarşı hələ də qanunla müəyyən edilmiş qaydada ittiham irəli sürülməyib. Bu o deməkdir ki, 72 saat həbsdən sonra onların hamısı azadlığa buraxılmalıdır.

O da bildirilib ki, “Azatazen” təşkilatının üzvü İşxan Gevorqyan və aksiyanın digər iştirakçıları özlərini zəncirləyərək polis əməkdaşlarının qarşısında dayanıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki