image-reklam-veteninfo
image-1backend

Ermənistanda hərbi xidmət müddəti azaldılıb

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, yanvarın 1-dən hərbi xidmət müddəti iki il deyil, bir il yarım olacaq.

Paşinyan bu haqda “Facebook” sosial şəbəkəsində video yazıb:

“Müdafiə naziri parlamentdəki müzakirələr nəticəsində Ermənistanda hərbi xidmət müddətinin iki il deyil, 1,5 il müəyyən edilməsini təklif edən qanunvericilik təşəbbüsünü dövriyyəyə buraxmışdı.

İlkin olaraq bu reqlamentin 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulurdu.Yay çağırışından bu gün müdafiə naziri ilə, əvvəlki dövrdə isə deputatlarla müzakirə apardım və qərara gəldik ki, qanun daha tez, yəni 2026-cı il yanvarın 1-dən qüvvəyə minsin.

Başqa sözlə, 2026-cı il yanvarın 1-dən qış çağırışından Ermənistanda hərbi xidmət müddəti iki il deyil, bir il yarım olacaq”, – Paşinyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki