image-reklam-veteninfo
image-1backend

Ermənistanda iki polis əməkdaşına atəş açıldı – Sürücü və sərnişini saxlanıldı

image-reklam-veteninfo

Ermənistanın Kotayk vilayətində iki patrul polisi silahlı hücum nəticəsində yaralanıb.

Vətəninfo.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, polis əməkdaşları qayda pozuntusuna yol verən sürücünü saxlamağa çalışarkən silahlı insident baş verib.

Bildirilir ki, patrul polislərinin “saxla” tələbinə əməl edilməyib. Bundan sonra “Hyundai” markalı avtomobildən polis əməkdaşlarına atəş açılıb.

Hadisədən qısa müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən avtomobili müəyyən ediblər. Avtomobili idarə edən şəxsin sərxoş olduğu bildirilib. Sürücü və onun sərnişini saxlanılaraq istintaqa təhvil verilib.

Atəş nəticəsində yaralanan iki polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki