image-1backend

Ermənistanda təbii fəlakət nəticəsində azı 4 nəfər ölüb – FOTO

image-reklam_sirab_01

Ermənistan Daxili İşlər Nazirliyinin Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə mayın 26-na keçən gecə saat 00:40-da Debed çayının məcrasından çıxması və qonşu yaşayış məntəqələrinin sakinləri üçün ekstremal vəziyyət yaratması barədə ilk zənglər daxil olub.

Nəticədə Vanadzor-Alaverdi hissəsindəki M6 avtomobil yolunun 31 km-i su altında qalıb, Ermənistanı Gürcüstanla birləşdirən bu avtomobil yolunun təxminən 50 m hissəsi dağılıb.

Ayrum stansiyasında bir sıra evləri su basıb. Yolun Şnoq kəndindən Tequta doğru olan hissəsində avtomobil çaya düşüb. İlkin məlumata görə, bir nəfər ölüb.

Ermənistanın daşqından zərər çəkmiş hər iki bölgəsində – Lori və Tavuşda qəza-xilasetmə işləri aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki