image-1backend

Ermənistanı nə gözləyir? – Kremlin cavabı amansız olacaq

image-reklam_sirab_01

Artıq bir müddətdir ki, Qərb Ermənistanı ələ keçirmək üçün hərəkətə keçib. Sözsüz ki,  Qərbə gedən Ermənistan deyil, Qərb 2022-ci ildən əməkdaşlıq formatlarını təklif edərək Ermənistana, ümumilikdə isə Cənubi Qafqaza nüfuz etmək istəyir.

Maraqlıdır ki, Rusiya Ermənistanın davaranışlarına və Qərbə yönəlik addımlarına o qədər də ciddi reaksiya vermir. Ermənistan isə yavaş- yavaş Qərbə doğru addımlar atmağa davam edir. Ermənistandan fəqrli olaraq Gürcüstan hələ də 2008-ci ildə başına gələnləri unutmayıb. Amma nədənsə Qərb o zaman Gürcüstanı meydanda tək qoymaqla bir ölkənin parçalanmasına şərait yaratdı. Elə Qərbin Ukraynaya etdikləri də eyni ilə Gürcüstan ssenarisinə bənzəyir. Rusiya Ukraynada istədiyi və maraqlı olduğu bütün əraziləri tutub. 2024- cü ilin ilk 3 ayı ərzində baş verənlər onu göstərir ki, Qərb ümumilikdə Ukraynaya böyük miqdarda vəsait ayırmağı planlaşdırmır. Məhz bu səbəbdən Ukrayna cəbhədə ciddi çətinliklərlə üz-üzədir.

Ukrayna və Gürcüstandan fərqli olaraq rəsmi İrəvan hələ “duz”a gedir. Yəni Qərb nağıllarına inanan rəsmi İrəvan çox asanlıqla Kremlin caynağından xilas ola biləcəyini düşünür.

Qərblə Rusiya arasında kifayət qədər kəskin münaqişənin getdiyi, müharibəyə çevrildiyi bu tarixi mərhələdə əvvəlki balanslaşdırma siyasəti artıq işləmir.  Ermənistan öz keçmiş ağasına xəyant etməklə tərəf dəyişdirmək istəyir. Kremlin susqunluğu ona deməyə əsas verir ki, Rusiyanın cavabı amansız olacaq.

Maraqlıdır ki, Qərb indidən rəsmi İrəvan qarşısında şərtlərini açıqlayıb.

Erməni mediası iddia edir ki, Qərb tələbləri belədir.

1. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, işğal etdiyi kəndləri azad etməli, regiondakı iqtisadi lahiyələrə dəstək verməlidir.

2. Qərbin Ermənistanın bütün ərazisində müşahidəçilərin yerləşdirilməsini təmin etməlidir.

Amma  İrəvanda anlamırlar ki, Avropa heç bir halda müstəqil təhlükəsizlik faktoru deyil və özünün hərtərəfli təhlükəsizliyini ABŞ ilə əlaqələndirir.

Qərbin verdiyi vədlər Gürcüstanı, son illərdə isə Ukraynanı xarabazara çevirib. İndi növbə İrəvanındır.

Rusiya bu xəyanəti sözsüz ki, bağışlamayacaq. O zaman qazanın kim olması olduqca maraqlıdır. Hadisələrdə öz siyasi gedişini dəqiqliklə yerinə yetirən rəsmi Bakı bir çox sahədə ugur qazana bilər. Bu qazancın nədn ibarət olmasını isə zaman göstərəcək.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki