image-1backend

Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol bağlıdır

image-reklam_sirab_01

Şimali Osetiya yol hərəkətinin idarə edilməsi mərkəzinin saytında verilən məlumata görə, 1,3 mindən çox yük maşını Rusiya-Gürcüstan sərhədindən “Yuxarı Lars” keçid məntəqəsində keçmək üçün gözləyir.

Bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Dekabrın 13-ü günorta saatlarında qar uçqunu təhlükəsi ilə əlaqədar ağır yük maşınlarının sərhəddən keçidi bağlanıb. Hazırda bütün nəqliyyat növləri üçün nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Ümumilikdə, son məlumatlara görə, elektron növbəyə 1385 yük avtomobili qeydə alınıb.

Mtsxeta-Stepantsminda-Lars şossesi hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Kazbegi-Yuxarı Lars keçid məntəqəsi isə Gürcüstan və Rusiyanın quru sərhədində hazırda fəaliyyət göstərən yeganə keçid məntəqəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image