Ermənistanın yüksək texnologiyalarının rəhbəri Mxitar Ayrapetyan dəyəri 8 milyon dollar olan erməni peykinin yoxa çıxması barədə medianın onun sözlərinə istinadən yaydığı kosmik aparatın problemləri ilə bağlı məlumatları təkzib edib.
SputnikARM Ayrapetyana istinadən xəbər verir ki, ictimaiyyət lazım bilsə, il yarımdır açıqlamasını gözləyən peyk görüntüləri nümayiş etdirilər.
Bir neçə ay əvvəl bir sıra ölkələr baş nazir Paşinyandan “Hayasat-1” və “Armsat-1” peyklərini orbitdən çıxarmağı tələb ediblər, çünki onlar digər peyklərə mane olur və tezliklə düşərək onlara zərər yetirə bilər.