İranın “Ecoİran” saytı Ermənistanın aöpardığı siyasətlə bağlı yazı yayımlayıb. Vətəninfo.az həmin yazını oxucuların diqqətinə çatdırır:
“Ermənistanın Avropa İttifaqına daxil olmaq həvəsi İrəvan üçün fəlakətlə nəticələnə bilər.Strateji amillərə görə, Rusiya öz rəqiblərinin ittifaqını zəiflətmək üçün Avropada separatçı və ya anti-birlik hərəkatlarını həmişə açıq və ya üstüörtülü şəkildə dəstəkləyib (o cümlədən, Böyük Britaniyanın Avropa İttifaqından çıxması, Şotlandiyanın müstəqilliyə can atması və ya Kataloniyada separatçılıq).
Bu səbəblərə görə Moskvanın qonşularının, keçmiş sovet respublikalarının Rusiyanın Avrasiya təsir dairəsindən və onu birləşdirən çoxtərəfli təşkilatlardan çıxmasını qəbul etmədiyi göz qabağındadır. Rusiya prezidentləri Boris Yeltsin və Vladimir Putin Moldova, Gürcüstan və Ukraynada öz təsirlərini saxlamaq və onların Qərbə qoşulmasının qarşısını almaq üçün münaqişələr yaradıb və bəsləyiblər.
Paşinyan Rusiyanı 2020-ci ildə Azərbaycanla İkinci Qarabağ müharibəsi zamanı Ermənistana dəstək vermək üçün hərbi müdaxilə etməməkdə günahlandırır. Paşinyan habelə Rusiyanın qondarma “sülhməramlılarını” 2023-cü ildə erməni separatçılarının nəzarətində olmuş Qarabağ bölgəsini qorumamaqda qınayıb…”.