image-reklam-veteninfo
image-1backend

“Ermənistanın gələcəyi sual altındadır” – Erməni politoloq

image-reklam-veteninfo

“Ermənistan hakimiyyəti müstəqil qərar verə bilmir. 3+3 formatında Türkiydə keçiriləcək görüşə İrəvanın qatılıb, qatılmaması da bunu təsdiqləyir. Çünki onlar böyüklərindən cavab gözləyirlər”.Vətəninfo.az  xəbər verir ki, bu fikirləri erməni politoloq Armen Abovyan sələndirib.

O bildirib ki, özü “3+3” formatına ehtiyatla yanaşır. “Çünki hər platformada Türkiyə və Azərbaycanla bəzi eksperimentlər etmək məntiqli deyil”.

Abovyan İranın bölgədə son mövqeyindən də bəhs edib. O bildirib ki, İran regionu böyük müharibədən uzaqlaşdırmağa çalışır. “Çünki gözəl anlayır ki, Azərbaycanın Ermənistana hücumu və ya erməni subyektivliyinin Qərb vektoruna keçməsi istər-istəməz ölkənin parçalanmasına gətirib çıxaracaq. Bu isə İranın milli maraqlarına təhdid olan Ermənistan deməkdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki