image-reklam-veteninfo
image-1640605613_1624269400_424809563backend

“Ermənistanın şərt irəli sürməsinə nə mənəvi, nə hüquqi, nə də siyasi haqqı var”

image-reklam-veteninfo

“Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanması ilə bağlı birgə ikitərəfli komissiyanın yaradılması istiqamətində davamlı, ardıcıl yanaşmanı əfsuslar olsun ki, müşahidə etmirik”.

Veteninfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“İki həftə əvvəl Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycana təkliflər göndərib. Bəlli ilkin şərtlər irəli sürülmüşdü. Azərbaycan tərəfi qısa zaman ərzində mövqeyini çatdırdı. Bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyimiz ifadə olunmuşdu. Bu, təcrübələrə əsaslanan prosesdir, prosesin başlaması üçün dırnaqarası icadlara ehtiyac yoxdur. Komissiya öz işinə başlamalıdır. 30 il ərzində torpaqları işğal altında saxlayan bir dövlətin delimitasiya prosesi üçün hər hansı şərt irəli sürməsinə nə mənəvi, nə hüquqi, nə də siyasi haqqı var. Ermənistan tərəfinin bunu tez bir zamanda anlayacağına ümid edirik. Bu, region üçün faydalı olar”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki