image-1backend

Ermənistanın son şansı: Azərbaycan Ermənistanda hansı layihələr icra edə bilər?

image-reklam_sirab_01

Artıq erməni mediasında Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsinin detalları müzakirə edilir. Bunun səbəbi də var. Erməni cəmiyyəti artıq anlayır ki, sülh müqaviləsi bağlanmasa Ermənistanın bu dalndan çıxış imkanı yoxdur. Artıq Azərbaycan – Ermənistan danışıqları əlamətdar mərhələyə qədəm qoyur. Beləki bir neçə gündən sonra , konkret olaraq noyabrın 30-da Ermənistan və Azərbaycanın dövlət sərhədində iki ölkənin sərhəd demarkasiyası komissiyaları görüşəcək.

“İlkin razılaşmaya əsasən, noyabrın 30-da Ermənistan Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədində Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi və dövlət sərhədi komissiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Ermənistan Respublikası tərəfində demarkasiya üzrə dövlət komissiyasının növbəti iclası keçiriləcək”, – yayılan məlumatda belə qeyd edilir.

Həmin komissiyalar bir il əvvəl yaradılıb. Mher Qriqoryan və Şahin Mustafayevin artıq sərhəd danışıqları təcrübəsi var, qarşıdakı görüş beşinci olacaq. Sonuncu görüş  isə bu il iyulun 12-də baş tutub.

İndi erməni cəmiyyəti sülh müqaviləsinin hansı xəritələr əsasında bağlanacağını müzakirə edir. Ermənilər hesab edir ki, sülh müqaviləsi 1975-ci ilin  xəritəsi sonrakı demarkasiya işləri üçün əsas ola bilər və olmalıdır, Lakin görünən odur ki, ermənilər də anlayır ki, onların dedikləri artıq keçərli deyil. İndi diktə edən tərəf Azərbaycandır.

Erməni mediası hesab edir ki, Nikol Paşinyan rus yönümlü və ruslar tərəfindən qəbul edilən Mher Qriqoryanı Mher Qriqoryanın simasında azərbaycanlılarla danışıqlar prosesini bərpa etməklə Qərbi razı salmaq və Rusiyanı narahat etməmək qərarına gəlib.

Ancaq artıq bəllidir ki, Azərbaycan tərəfinin təklifləri erməni cəmiyyətində birmənalı qaşılanmayıb. Erməni mediası hesab edir ki, bu Paşinyan və rəsmi İrəvan üçün son şans ola bilər. Əgər rəsmi İrəvan noyabrın 30-da da danışıqlar prosesindən kənarçıxma etsələr, bu sonuncu görüş olacaq.

Maraqlıdır ki, erməni mediası öz qorxusunu da gizlətmir. “Hraparak” nəşri yazır ki, indi Ermənistanı həm Qərb, həm də Rusiya sülhə məcbur edir. Ermənistan Qərbin və Rusiyanın məcburi sülhündən nə qazana bilər? Nəşr iddia edir ki, müqavilə bağlanmalıdır. Bu Ermənistan üçün sonuncu şansdır. Əks halda Ermənistan dərin uçuruma yuvarlana bilər.

Görünür artıq erməni cəmiyyəti uzun illər təcrid olunduqlarının fərqinə indi varıblar. Bu təcrid Ermənistan iqtisadiyyatını çökdürüb.

Elə bu gün Ermənistan baş naziri Nikol Paşinyan canlı yayımda mətbuat konfransı zamanı bildirib ki, danışıqlar prosesini sürətləndirmək lazımdır.

“Ermənistan qlobal lahiyələrdən kənarda qala bilməz. Biz iqtisadiyyatımızı dirçəltmək, xarici investorları cəlb etmək üçün çalışmalıyıq”-deyə Paşinyan bildirib.

Görünür Ermənistan dalandan çıxmaq üçün son addımlarını atmalıdır. Azərbaycan investor kimi Ermənistana öz yardım əlini uzada bilər. Artıq erməni mediası da iddia etdiyi ki, Türkiyə və Azərbaycanın Ermənistan ərazisində layihələr icra etmək şansı artır. Bu yazılanların isə zamanla yoluna qoyulacağı uzaqda deyil.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki