image-e2c9350a-7ba7-3bef-b87d-b07bc606ee76_850backend

“Ermənistanın təxribatları həddini aşıb” – Səfir

image-reklam_sirab_01

“Ermənistanın təxribatları həddini aşıb”.

Vətəninfo.az xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.

O bildirib ki, İrəvanın təxribatları Azərbaycanın xoş niyyətinə xələl gətirir.

Diplomat xatırladıb ki, bu gün Ermənistanın növbəti təxribatı nəticəsində 3 Azərbaycan hərbçisi yaralanıb.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə 3 hərbçimiz yaralanıb.

Sərhəddə təxribat törədən 2 erməni hərbçisi məhv edilib, 1-i isə yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image