Ermənistanın Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolu xətlərinin bərpası ilə bağlı keçirdiyi tender baş tutmayıb.
Vətəninfo.az xəbər verir ki, Ermənistanın “Factor” agentliyinin məlumatına görə, ölkənin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi sentyabrın 3-də Gümrü–Axurik–Türkiyə sərhədi və Yerasx–Naxçıvan sərhədi istiqamətlərində dəmir yolu hissələrinin bərpası üçün tender elan edib.
Tenderdə Qazaxıstanın “Integra Construction KZ” və Özbəkistanın “BOSHTRANSLOYIHA” şirkətləri iştirak edib.
Məlumata görə, Axurik istiqaməti üzrə Özbəkistan şirkəti 1,9 milyon dollar, Qazaxıstan şirkəti isə 3,5 milyon dollar məbləğində təklif təqdim edib. Yerasx–Naxçıvan sərhədi üzrə isə şirkətlərin təklifləri müvafiq olaraq 450 min və 890 min dollar olub.
Lakin hər iki şirkətin təklifləri müvafiq lisenziyaların olmaması səbəbindən rədd edilib.
Nəticədə, oktyabrın 6-da tender etibarsız elan olunub.


























