image-1backend

Əsəd çətin durumda: Suriyada müxaliflər  yeni şəhər və əraziləri ələ keçirdi

image-reklam_sirab_01

Suriya müxalifəti Əsəd ordusunun Həmanın bir neçə bölgəsindən Homsa geri çəkildiyini bildirir.

Bir neçə mənbə şəhərin yaxın bir neçə saat ərzində çökə biləcəyini iddia edir.

“Anadolu” xəbər verir ki, bir neçə gündür Bəşər Əsəd qoşunları ilə qarşıdurmada olan silahlı qruplar Suriyada irəliləməyə davam edir.

Onlar artıq Hələb mərkəzinin böyük hissəsini və İdlib vilayətinin hamısını hökumət qüvvələrinin əlindən alıblar, həmçinin İdlibin cənubundakı Həma vilayətində bir neçə yaşayış məntəqəsini nəzarətə götürüblər. Silahlı qruplar Həma şəhərinin mərkəzi yaxınlığında iranpərəst qüvvələrə də hücum edib.

“Reuters” öz mənbəsinə istinadən xəbər verir ki, iranpərəst Livanın “Hizbullah” silahlı qruplaşması Suriya ordusuna dəstək üçün Suriyanın şimalına silahlılar göndərməyi planlaşdırmır.

Bildirilir ki, Rusiya aviasiyası Suriyanın İdlibinə zərbələr endirib. Suriya Mülki Müdafiəsi bildirir ki, zərbələr nəticəsində bir neçə tibb müəssisəsi məhv edilib. Xüsusilə İdlib Universiteti Xəstəxanasına ziyan dəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image