image-1backend

Əsma Əsəd Böyük Britaniyada arzuolunmaz şəxsdir – Britaniya rəsmisi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Britaniya hökuməti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin Böyük Britaniyaya mümkün qayıdışı ilə bağlı xəbərə münasibət bildirib.

Britaniya rəsmiləri Əsma Əsədin Böyük Britaniyada arzuolunmaz fiqur olduğunu deyirlər.

2012-ci ildə Böyük Britaniya Əsmaya qarşı sanksiyalar tətbiq edərək, onun aktivlərini dondurub və ölkəyə girişini qadağan edib. 2020-ci ildə ABŞ Əsma və onun ailəsini müharibə mənfəətində ittiham edərək eyni addımı atdı.

Bu günlərdə mediada əri və uşaqları ilə birlikdə Moskvada olan Əsmanın Bəşər Əsəddən boşanaraq Böyük Britaniyaya qayıtmağı planlaşdırdığı barədə məlumatlar yayılıb.

Əsma Əsəd Londonda suriyalı ailədə doğulub böyüyüb. 2000-ci ildə Suriyaya köçüb və həmin il Bəşər Əsədlə ailə həyatı qurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image