Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd gələcək dövlət başçısı ilə evlənməmişdən əvvəl də Britaniya kəşfiyyatında işləməkdə şübhəli bilinirdi. Vətəninfo.az xəbər verir ki, bu barədə iddia edilən sənədlərə istinadən Sky News Arabia telekanalı məlumat yayıb.
“Suriyalı müxalif jurnalist Nizar Nayuf sənədlər adlandırdığı şeyi dərc edib. Onlar Britaniya kəşfiyyatının əməkdaşı Eliza Bowlerin dəstəyi ilə Londonda Amerika JP Morgan bankında işə düzəldiyi üçün Əsma Əsədlə Britaniya kəşfiyyatının əlaqələri haqqında əlavə təfərrüatları ehtiva edir”, nəşrin məqaləsində deyilir.