image-reklam-veteninfo
image-img-20261005-wa0156backend

ETİHİ- Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirib

image-reklam-veteninfo

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə işğaldan azad edilmiş ərazilərimizdə çalışan müəllimlərlə görüşlər keçirib.
Görüşlərdə ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Vüsal Əliyev, həmçinin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən rayon komitələrinin sədrləri iştirak edib, Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttfiaqları Respublika Komitəsi rəhbərliyinin təbrik və xoş arzularını təhsil işçilərinə çatdırıblar.
Böyük Qayıdışla doğma yurdlarımızda həyat yenidən canlanır, yeni məktəblər qapılarını şagirdlərin üzünə açır, sinif otaqlarında müəllim səsi eşidilir. Bu gün azad torpaqlarda dərs deyən hər bir müəllim həm təhsilin davamlı inkişafına töhfə verir, həm də doğma yurda qayıdışın mənəvi dayaqlarından birinə çevrilir.
Görüşlər zamanı müəllimlərin azad edilmiş ərazilərdə tədris prosesinin təşkili, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, yeni qurulan təhsil mühitinin formalaşması istiqamətində əməyi yüksək qiymətləndirilib.
Doğma Qarabağda və Şərqi Zəngəzurda yeni məktəblərin işığını yandıran, sinif otaqlarına elm, bilik və maarif gətirən müəllimlərimizin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü mübarək olsun!

image-img-20261005-wa0158 image-img-20261005-wa0163 image-img-20261005-wa0159 image-img-20261005-wa0165 image-img-20261005-wa0157 image-img-20261005-wa0161 image-img-20261005-wa0156




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki