image-reklam-veteninfo
image-1backend

Euronews: “Tramp danışıqlarla İrana qarşı böyük tələ qurub”

image-reklam-veteninfo

“Tramp danışıqlarla İrana qarşı böyük tələ qurub”. Vətəninfo.az xəbər verir ki, bu fikirləri Beynəlxalq münasibətlər üzrə professor və Amerika üzrə ekspert Mehdi Zakerian “Euronews” kanalına müsahibəsində belə deyib.
Ekspert bildirib: “Trampın Yaxın Şərqin ərəb ölkələrinə səfəri iranlılar arasında böyük müzakirələrə səbəb olub. İslam Respublikasına müxaliflər Trampın rejimin səmərəsizliyi ilə bağlı aşağılayıcı çıxışına rəğbət bəsləsələr də, rejimin tərəfdarları onları ədalətsiz hesab edirlər. Amma deyəsən, daha çox iranlı bu çıxışdan sonra təəssüflə ah çəkir.
Tramp tamamilə haqlı idi. İran hökuməti ilə problem nüvə məsələsi və ya ABŞ ilə münasibətlər deyil, daha çox İslam Respublikası və İran xalqı ilə problemdir.
Amerikalılar gördülər ki, İranın siyasi sistemi ölkənin neftini Çinə və Rusiyaya pulsuz satır və yaşaması naminə Rusiyaya öz silahını verir. Onda ABŞ hökuməti deyir ki, biz niyə bu siyasi sistemin havayı bəxşişindən yararlanmayaq?
İran daxilində baş verən hadisələri və İran hökumətinin uranı zənginləşdirmə hüququ ilə bağlı danışıqlarda israrını nəzərə alsaq, Trampın regiona səfər edərkən İran hökumətinə aydın və dəqiq mesaj verməsi təbiidir.
Yəni deyir ki, sən legitimliyi az, imkanları çox məhdud olan səmərəsiz siyasi sistemsən. Bu mesajın mənası budur ki, siz danışıqlarda mənim rəğbətimi qazanmalısınız.
Tramp bundan əlavə, bölgənin ərəb ölkələrinə açıq mesaj verdi ki, biz olmasaydıq, təhlükəsizliyiniz olmazdı.
İctimaiyyət Trampın sözlərini müsbət qarşıladı, lakin müdrik İran xalqı 1979-cu ildə siyasi sistem dəyişikliyindən qaynaqlanan 46 illik acı təcrübədən sonra Trampın sözlərindən məmnun qaldı, çünki, İranın iqtisadi, siyasi, mədəni və hətta hərbi şəraiti son dərəcə xaotikdir və İran xalqı indi hesab edir ki, onun 1979-cu ildə qəbul etdiyi qərar nə hərbi tərəqqiyə, nə də siyasi, iqtisadi və mədəni inkişafa gətirib çıxarmayıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki