image-reklam-veteninfo
image-1backend

F-35 raketlərinin ilk partiyası bu həftə Yaponiyaya gələcək- Tramp

image-reklam-veteninfo
ABŞ prezidenti Donald Tramp Yaponiya Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları üçün Amerika raketlərinin ilk partiyasının bu həftə Yaponiyaya çatacağını açıqlayıb. Vətəninfo.az xəbər verir ki, o, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin ABŞ-ın Yaponiyadakı hərbi bazasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Corc Vaşinqton təyyarədaşıyan gəmisi ilə bağlı çıxışı zamanı bildirib.

“Raketlərin ilk partiyası Yaponiya Hərbi Hava Qüvvələrinə onların F-35-ləri üçün təhvil veriləcək – onlar bu həftə gələcəklər”, – Associated Press agentliyi Trampın çıxışının videosunu yayıb.

Yaponiya ABŞ-ın xaricdəki ən böyük hərbi kontingentinə ev sahibliyi edir və orada 50.000 Amerika əsgəri yerləşdirilib. Amerika qoşunları İkinci Dünya Müharibəsinin sonundan bəri Yokosuka Hərbi Dəniz Bazasında yerləşdirilib. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki