image-63a6f77098e47backend

Fәxrәddin Altun: ‘‘Türkiyənin haqlı davasını beynәlxalq arenada müdafiә etmәyә davam edәcәyik’’

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Әlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin haqlı davasını beynəlxalq arenada müdafiə etməyə davam edəcəklərini bildirib.

Fəxrəddin Altun Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Әlaqələr İdarəsinin yaranmasının 5-ci ildönümündə videomüraciət yayıb.

Videoçarxda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Әlaqələr İdarəsinin 5 illik fəaliyyəti yer alıb.

İdarənin həyata keçirdiyi tədbirlər, kampaniyalar, layihələr və dərc etdiyi hesabatlarla Türkiyənin beynəlxalq nüfuzunu gücləndirdiyi, dövlətin strateji kommunikasiya ehtiyaclarına cavab verdiyi bildirilib.

Fəxrəddin Altun paylaşımında bu ifadələrə yer verib: “Xalqla dövlət arasındakı əlaqə körpüsünü gücləndirməyi qarşısına məqsəd qoyan idarəmiz həqiqət uğrunda apardığı mübarizədən vaz keçmədən ictimaiyyəti dəqiq, şəffaf və sürətli şəkildə məlumatlandırmağa davam edəcək”.

Videoçarxda bu ifadələrə yer verilib: “Türkiyə əsri həm də ünsiyyət əsri olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki