image-reklam-veteninfo
image-img-20250530-wa0052backend

Fahrettin Altun: “Azərbaycan mətbuatının həqiqət uğrunda apardığı mübarizəyə verdiyi töhfədən böyük məmnunluq duyuram”

image-reklam-veteninfo

“Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə qardaş Azərbaycan xalqını və media nümayəndələrini ürəkdən təbrik edirəm”. Bunu Naxçıvanda keçirilən “MEDİAFEST-2025”ə videomüraciətində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bildirib.
O deyib: “Azərbaycan mətbuatı 150 illik tarixi ilə yalnız xəbər çatdırmaqla kifayətlənməyib, eyni zamanda xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olmuşdur. Həqiqətin çatdırılmasını özünə borc bilən, ədalətli media mədəniyyətinin qorunmasına töhfə verən, etik dəyərlərə və jurnalistikanın prinsiplərinə sadiq qalan bütün mətbuat nümayəndələrini təbrik edirəm. Dezinformasiyanın ən yüksək həddə çatdığı bir dövrdə, dəqiq məlumatı ictimaiyyətə çatdırmaq məsuliyyəti ilə hərəkət edən Azərbaycan mətbuatının həqiqət uğrunda apardığı mübarizəyə verdiyi töhfədən böyük məmnunluq duyuram. Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan mətbuatının yolçuluğu bu gün də böyük uğurla davam edir”.
Fahrettin Altun, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan mətbuatının ölkənin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq və sistemli dezinformasiya cəhdlərinin qarşısını almaq uğrundakı fəaliyyətindən bəhs edərək deyib: “Siz haqlı mübarizənizi böyük əzmlə müdafiə edərkən, eyni zamanda həqiqətin də carçısı oldunuz. Beynəlxalq ictimaiyyətin yalan, uydurma məzmun və dezinformasiya ilə zəhərlənməsinin qarşısını aldınız”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki