image-1backend

FAHRETTİN ALTUN: MÜBARİZƏMİZ FASİLƏSİZ DAVAM EDƏCƏK

image-reklam_sirab_01

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Türk Aerokosmik Sənayesi Anonim Şirkətinin  (TUSAŞ) Kahramankazan istehsal obyektində baş vermiş terror aktı ilə bağlı bəyanat verib.

O, bildirib ki, Türkiyəyə qarşı terror təhlükəsi sona çatana qədər mübarizələri həm sərhəd daxilində, həm də xaricində davam edəcək.

F.Altun TUSAŞ-da baş verən terror hadisəsi nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib. O, bu xain hücumdan sonra müvafiq qurumlar tərəfindən lazımi araşdırmaların aparıldığını vurğulayıb.

“Bir daha xatırlatmaq istərdik ki, sosial media platformaları terror təbliğatına zəmin hazırlayan məzmunlara heç vaxt icazə verməməlidir. Bu platformaların cəmiyyətin rahatlığını və təhlükəsizliyini qorumaq üçün daha məsuliyyətli yanaşması vacibdir. Eyni zamanda media orqanları da terrorla bağlı xəbərləri diqqətlə hazırlayaraq, ictimaiyyətin düzgün məlumatlandırılmasını təmin etməli, terror təbliğatına həssas yanaşmalıdır. Bu məsuliyyəti dərk etmək terrorizmin yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq. Bütün oxşar proseslərdə olduğu kimi, bu prosesdə də vətəndaşlarımızdan xahiş edirik ki, dezinformasiya fəaliyyətlərinə qarşı həssas olsunlar və yalnız rəsmi mənbələrdən verilən məlumatlara etibar etsinlər. Ölkəmizə qarşı terror təhlükəsi sona çatana qədər həm sərhədlərimiz daxilində, həm də xaricində mübarizəmiz fasiləsiz davam edəcək”, – deyə Altun qeyd edib.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki