image-315701931_429871636017831_4417604801184506602_nbackend

Fars körfəzi-Qara dəniz dəhlizi: Ermənistanın hələ də İran və Hindistanla həyata keçirə bilmədiyi layihə

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki,   erməni jurnalist Artur Karapetyan Fars körfəzi-Qara dəniz dəhlizi və onun hazırkı vəziyyəti haqqında deyib: “Şimal-Cənub magistralı tikilməyib, hətta İranla Ermənistanı birləşdirən müasir yol belə yoxdur. Çünki hazırda Gorus-Qafan yolunun mühüm hissəsi Azərbaycanın nəzarətindədir”.
“Qlobal iqtisadiyyat və təchizat zəncirləri son illərdə texnoloji irəliləyişlərlə bir-birinə daha çox bağlıdır. Bu kontekstdə regional layihələr strateji əhəmiyyət kəsb edir. Məsələn, təsadüfi deyil ki, Türkiyə bu sahədə xüsusi səy göstərir. Bu fakt həm də Türkiyənin Qərbin gözündə çəkisinin artması deməkdir”,-deyə erməni jurnalist qeyd edib.
Onun sözlərinə görə, regional layihələr də Cənubi Qafqaz ölkələri üçün həyati əhəmiyyət kəsb edir. Bu, hazırda inkişaf üçün ilkin şərt hesab olunur. Zəngəzur dəhlizi məsələsi də bu kontekstdə qaldırılıb.
Karapetyan əlavə edib: “2018-ci ildən Ermənistan hakimiyyəti Fars körfəzi-Qara dəniz dəhlizinin yaradılmasından danışır. Amma İrəvan Şimal-Cənub nəqliyyat dəhlizində bu mühüm layihənin həyata keçirilməsi üçün heç bir iş görməyib. Bunun nəticəsidir ki, Şimal-Cənub magistralı hələ tikilməyib və İranla Ermənistanı birləşdirən müasir yol belə yoxdur. Çünki hazırda Gorus-Qafan yolunun mühüm hissəsi Azərbaycanın nəzarətindədir. İran-Ermənistan dəmir yolunun tikilməsi ilə bağlı danışıqlar da buz üzərində yazılıb”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image