Atəşkəs elan olunduqdan və İsrail ordusu geri çəkildikdən sonra fələstinli ailələr Qəzza şəhərinə qayıtmağa başlayıblar.
Bu barədə “Al Jazeera“ məlumat yayıb.
Yayılan videolarda minlərlə fələstinlinin Qəzzanın şimalına doğru hərəkət etdiyi görünür.
Qeyd edək ki, İsrail hökumətinin Qəzzada atəşkəs planını təsdiqləməsindən sonra atəşkəs rejimi qüvvəyə minib.