image-1backend

Fələstinlilərlə yəhudilər arasında növbəti qalmaqal: Yəhudilər Əqsa məscidinə basqın edib

image-reklam_sirab_01

Onlarla fanatik yəhudi İsrail polisinin müşayiəti ilə işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidinə basqın edib.
Vətəninfo.az Fələstinin rəsmi WAFA xəbər agentliyinə istinadən xəbər verir ki,  fanatik yəhudilər İsrail polisinin müşayiəti ilə Meğaribe qapısından məscidə daxil olublar.

Basqın zamanı fanatik yəhudilər Əqsa məscidinin həyətində dini ayinlər icra etməyə cəhd ediblər.

Qeyd edək ki, Əqsa məscidi müsəlmanların ilk qibləsidir.

Yəhudilər Əqsa məscidinin altında “Süleyman məbədi”nin qalıqlarının olduğunu iddia edərək arxeoloji qazıntılar həyata keçirir və məscidin həyətində ibadət etmək haqlarının olduğunu söyləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki