Türkiyənin “Fənərbaxça” basketbol klubunun amerikalı üzvü Naycel Hayes İrəvandakı qondarma erməni soyqırımı abidəsini ziyarət edib və İnstaqram səhifəsində “hekayə” bölməsində bu soyqırımı pisləyən paylaşıb edib.
Vətəninfo.az xəbər verir ki, basketbolçunun bu paylaşımı azarkeşləri hiddətləndirib.
Bundan sonra basketbolçu öz səhifəsində milliyyətcə türk olmadığı, tarixdən xəbəri olmadığı və türk xalqını təhqir etmək istəyinin olmadığı barədə yeni paylaşım etməli olub.