image-reklam-veteninfo
image-1backend

FETÖ ilə əlaqədə ittiham olunan keçmiş polis əməkdaşı saxlanılıb

image-reklam-veteninfo

Türkiyənin Kayseri şəhərində FETÖ/PDY terror təşkilatına üzvlükdə təqsirli bilinərək 6 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və polis orqanlarından xaric olunmuş keçmiş polis əməkdaşı A.B. saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, Kayseri Vilayət Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları, Ankara Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarışda olan A.B.-nin saxlanılması üçün xüsusi əməliyyat keçiriblər.

Əməliyyat zamanı şübhəli əvvəlcədən müəyyən edilmiş ünvanda yaxalanaraq nəzarətə götürülüb.

Polis bölməsində aparılan prosessual tədbirlər başa çatdıqdan sonra A.B. cəzasının icrası üçün penitensiar müəssisəyə təhvil verilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki