image-1backend

Fevralın 24-də müharibə bitəcək -İDDİA

image-reklam_sirab_01

Rusiya 2025-ci il fevralın 24-nə, tammiqyaslı müharibənin başlanmasının üçüncü ildönümünə qədər Ukraynaya qarşı müharibədə “qələbə” elan etməyə hazırlaşır.

Üstəlik, sözügedən proqramlar arasında “Rusiyanın NATO üzərində qələbəsi” söhbəti də ola bilər, çünki Rusiya təbliğatı Ukraynanın işğalını alyansla müharibə kimi təqdim edir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

Bildirilir ki, Rusiya xüsusi xidmət orqanlarına ABŞ-ın yeni administrasiyası ilə təmaslardan sonra, xüsusən 2025-ci il fevralın 18-də ABŞ və Rusiya nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirilən ikitərəfli görüşündə Moskvanı mümkün qədər “münaqişənin konstruktiv tərəfi” kimi, guya sülh yolu ilə nizamlanmaya hazır kimi təqdim etmək tapşırılıb.

Ukrayna kəşfiyyatının iddiasına görə, bu kampaniya çərçivəsində Rusiya xüsusi xidmət orqanları Ukraynanın Aİ-dəki tərəfdaşlarına “sülh düşməni” adlandıraraq onlara informasiya hücumu həyata keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image