image-4backend

FHN-in karate komandasının üzvləri turnirdə yüksək nəticələr əldə ediblər

image-reklam_sirab_01
Sərhədçi Olimpiya İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə 5 oktyabr – Müəllimlər gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında “Badamlı” karate klubunun açıq turniri keçirilib.

 Vətəninfo.az FHN-ə istinadən xəbər verir ki, turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından 25-dən çox karate klubu olmaqla 400-ə yaxın idmançı əzmkar mübarizə aparıb.

Yarışda iştirak edən FHN-in uşaq, yeniyetmə və gənclərdən ibarət karate komandasının üzvləri kumite yarışlarında İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət leytenantı Murad Hacızadə və məşqçi müəllimlər Rafael Məmmədov, Bəxtiyar Məmmədov, Xəyal Məmmədovun rəhbərliyi altında yüksək nəticələr əldə etməyib bacarıb.

Belə ki, FHN-in karate komandası uşaqlar (10-11 yaş) və yeniyetmələr (12-13 yaş) üzrə komanda kumite yarışlarında turnirin çempionu adına layiq görülüb, gənc karateçilər (14-15 yaş) üzrə isə turnirin bürünc medalına layiq görülüb. Ümumilikdə isə FHN-in karate komandasının üzvləri 7 qızıl, 8 gümüş və 3 bürünc medal qazanmaqla medal sayına görə siyahıda ikinci yerə yüksəliblər.

Qaliblərə Azərbaycan Karate Federasiyasının təsis etdiyi kubok, medal və diplomlar təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılara ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki