Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana səfər edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, H.Fidan Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Danışıqlar zamanı ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələləri müzakirə olunacaq.
Bundan başqa, iki ölkə arasında ümumi ticarət həcminin 15 milyard dollar olması üçün atılası addımlar barədə fikir mübadiləsi aparılacaq.
Eyni zamanda, H.Fidanın C.Bayramovla Azərbaycan-Ermənistan sülh prosesi məsələsi başda olmaqla, xüsusilə Suriya, Qəzza və Ukraynada baş verənlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.
Hakan Fidanın Prezident İlham Əliyevlə də görüşü gözlənilir.