Bakı ilə İrəvan arasında sülh müqaviləsi Hakan Fidan və Narışkin arasında müzakirə olunub.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə görüşüb və burada Ukrayna, Qəzza və Suriyadakı vəziyyəti də müzakirə ediblər.
Səfər çərçivəsində Fidan Nijni Novqorodda BRICS+ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək – onun Lavrovla görüşü gözlənilir.