Tom Henksin baş rolunu ifa etdiyi və boş bir adada qalan bir adamı canlandırdığı Yeni Həyat -”Cast Away” filminin ssenarisi gerçək oldu.
Vətəninfo.az xəbər verir ki, Avstraliyanın Sidney şəhərində yaşayan 51 yaşlı Tim Şeddok iti Bella ilə aprel ayında Fransız Polineziyasına getmək üçün Meksikanı tərk edib.
Meksikanın La Paz şəhərindən yola düşən Tim Şeddokun gəmisində qeyri-sabit hava şəraiti səbəbindən nasazlıq yaşanıb. Beləliklə o, Şimali Sakit okeanında sürüklənməyə başlayıb.
Çiy balıq yeyərək və yağış suyu içərək iki ay sağ qalan T.Şeddok və iti bir helikopterin onları görməsindən sonra xilas edilib.
Tim Şeddok deyib: “Dənizdə çox çətin sınaqdan keçdim. Sadəcə istirahətə və yaxşı yeməyə ehtiyacım var. Bunun xaricində səhhətim çox yaxşıdır”.