image-1backend

Finlandiya tarixində ən güclü zəlzələ Helsinkidə baş verib

image-reklam_sirab_01
Tektonik hərəkətlərin ölçülməsi baxımından Finlandiya tarixində ən güclü zəlzələ Milad günü Helsinkidə baş verib. Bu barədə Vətəninfo.az “RİA Novosti”yə istinadən xəbər verir.

Helsinki Universitetinin seysmoloqu Toni Veykolaynenin sözlərinə görə, Milad günü baş verən zəlzələ 1,1 bal gücündə olub. “Bu, Helsinkidə indiyə qədər qeydə alınan ən güclü zəlzələ idi.

Zəlzələ bir dəqiqədən az davam edib. Zəlzələnin episentrinə yaxın bir neçə rayonun sakinləri güclü partlayış səsi eşitdiyindən və polisə partlayış barədə məlumat daxil olduğundan insan faktoru istisna olunmasa da, dəqiq səbəb hələ də bəlli deyil.

Finlandiyada hər il iki yüzə yaxın zəlzələ qeydə alınır. Məsələn, sentyabr ayında Helsinkidə 1 bal gücündə iki zəlzələ baş verdi.

2011 və 2013-cü illərdə paytaxta bitişik ərazilərdə də zəlzələlər baş verib. Yeraltı təkanlar Espoo və Menseliya şəhərlərində hiss olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image