image-reklam-veteninfo
image-two-helicopters-crash-in-eurabackend

Finlandiyada iki helikopterin toqquşması nəticəsində beş nəfər həlak olub

image-reklam-veteninfo

Hadisə Finlandiyanın cənub-qərbində yerləşən Kauttua qəsəbəsi yaxınlığında baş verib. Məlumatda qeyd olunub ki, iki helikopter havada toqquşaraq meşəlik əraziyə düşüb. Polis hadisə yerində axtarış apararaq qalıqların Oxikulkutie yolundan təxminən 700 metr məsafədə aşkarlandığını bildirib.

Finlandiya Milli İstintaq Bürosunun baş komissarı Yohanes Sirila qeyd edib ki, mayın 17-də Eura hava limanı yaxınlığında baş vermiş helikopter qəzasında 5 nəfər həyatını itirib.

Aparılan ilkin araşdırmalara əsasən, helikopterlərdən birində iki, digərində isə üç nəfər olub. Hər iki helikopterin Finlandiya xaricində qeydiyyatdan keçdiyi məlum olub.

Estoniya ictimai yayım orqanının “Helsingin Sanomat” qəzetinə istinadən yaydığı məlumata görə, helikopterlərdən biri Estoniyada, digəri isə Avstriyada qeydiyyatdan keçib. Hər iki helikopterin Estoniya şirkətlərinə məxsus olduğu bildirilir. Onlardan biri “NOBE”, digəri isə “Eleon” şirkətinə aiddir.

“Yle News”un yaydığı xəbərə əsasən, helikopterlər həvəskar aviasiya tədbirində iştirak etmək üçün uçuş edirmiş.

Finlandiya Milli İstintaq Bürosu yerli polis əməkdaşları ilə birlikdə araşdırmanı davam etdirir.

Qeyd edək ki, Finlandiya və Estoniya rəsmiləri qəzanın səbəblərini müəyyənləşdirmək üçün əməkdaşlıq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki