Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun oğlu və prezidentliyə namizəd Flavio Bolsonaronun seçki nəticələrini ləğv etmək cəhdlərindən geri çəkildiyi bildirilir. Buna səbəb onun həbs olunmaqdan və uzunmüddətli həbs cəzası almaqdan qorxması ola bilər.
Vətəninfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Bolsonaro ailəsinin müşavirinə istinadən məlumat yayıb.
Mənbənin nəşrə bildirdiyinə görə, Flavio Bolsonaro geri çəkilib və ciddi narahatlıq keçirir. Onun həm atasının həbsxanada həyatını itirə biləcəyindən, həm də özünün yaxın günlərdə həbs olunaraq uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilə biləcəyindən qorxduğu iddia olunur.
Qeyd edək ki, bundan əvvəl Flavio Bolsonaronun seçkilərin nəticələrini tanımadığı və hüquq komandasının köməyi ilə onların ləğvinə nail olmağa çalışacağı barədə məlumat yayılmışdı.
“Reuters” agentliyinin məlumatına görə, siyasətçi bu barədə tərəfdarları ilə görüşü zamanı danışıb.
Flavio Bolsonaronun seçki nəticələrini ləğv etmək təşəbbüsündən geri çəkildiyi barədə məlumat hələlik onun özü tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.


























