image-1backend

Fövqəladə Hallar Nazirliyində COP29 ilə əlaqədar növbəti müşavirə keçirilib

image-reklam_sirab_01

Noyabrın 5-də Fövqəladə Hallar Nazirliyində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a aidiyyəti üzrə hazırlıq məsələlərinin müzakirəsi məqsədilə növbəti müşavirə keçirilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən müşavirədə nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin növbəti tarixi uğuru olaraq beynəlxalq ictimaiyyət tərəfindən keçirilməsi Bakıya etibar edilmiş COP29-un əhəmiyyətindən danışıb, mötəbər tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

Bu çərçivədə Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələri bir daha vurğulayan nazir bununla bağlı işlərin ardıcıl olaraq planlı şəkildə yerinə yetirildiyini qeyd edib.

Sonra müşavirədə COP29-a hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyində yaradılmış Qərargahın üzvlərinin Nazirlikdə təsdiq olunmuş Tədbirlər Planı üzrə sonuncu müşavirədən keçən dövr ərzində görülmüş işlərlə əlaqədar geniş məruzələri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Müşavirəyə yekun vuran nazir Kəmaləddin Heydərov tədbirlə bağlı Nazirlik qarşısında duran vəzifələrin yüksək səviyyədə icra ediləcəyinə bir daha əminliyini bildirib, müvafiq tapşırıqlar verib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image