image-reklam-veteninfo
image-1backend

Fransa Bəşər Əsəd və onun altı tərəfdaşının həbsinə order verib

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və 6 keçmiş yüksək rütbəli hərbçi və hökumət rəsmisinin həbsinə order verib .

Nəşr Beynəlxalq İnsan Haqları Federasiyasının (FIDH) yaydığı bəyanatdan sitat gətirir: “13 illik araşdırmalardan sonra Paris Məhkəməsinin İnsanlığa Qarşı Cinayətlər üzrə Xüsusi Palatasının məhkəmə müstəntiqləri Suriyanın yeddi keçmiş yüksək vəzifəli məmuru üçün hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə iştirak ittihamı ilə həbsə orderlər veriblər.

Suriyanın keçmiş liderləri 2012-ci il fevralın 22-də Homsda beynəlxalq jurnalistlərin ölümü və yaralanması ilə nəticələnən mətbuat mərkəzinə hücumda ittiham olunurlar.

Suriyanın keçmiş prezidenti ilə yanaşı, xüsusilə də hadisələr baş verən zaman 4-cü Suriya zirehli diviziyasının faktiki komandiri olan qardaşı Maher Əsədin həbsi üçün orderlər verilib; Suriya Baş Kəşfiyyat Xidmətinin o zamankı direktoru Əli Məmluk; və Suriya ordusunun baş qərargah rəisi Əli Əyyub.

Suriya ordusunun bu hücumunda həlak olanların və sağ qalanların qohumlarının vəkilləri hesab edirlər ki, həbsə dair orderlərin verilməsi Fransada məhkəmə prosesinin keçirilməsinə yol açan həlledici addımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki