Vətəninfo.az xəbər verir ki, Fransanın Ukraynaya uzaqmənzilli raketlər ötürəcəyini prezident Emmanuel Makron NATO-nun Vilnüs sammiti başlamazdan əvvəl bəyan edib.
“Mən Ukraynaya silah və texnika tədarükünü artırmaq, onlara dərin zərbələr endirmək imkanı vermək qərarına gəldim. Eyni zamanda, biz Ukraynaya öz ərazisini müdafiə etməyə imkan verən mövqeyimizə sadiq qalırıq. Biz dərin zərbələr endirməyə imkan verəcək yeni raketlər çatdırmaq qərarına gəldik”, – deyə Fransa rəhbəri bildirib.
O, daha əvvəl bəyan etmişdi ki, Paris Kiyevə göstərilən hərbi yardımı artırmağa davam edəcək.