Fransa Ermənistana 20 il müddətinə 75 milyon avro kredit verəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan maliyyə naziri Vahe Hovhannisyan bu gün hökumətin növbəti iclasında məlumat verib.
O qeyd edib ki, 2024-cü il iyunun 26-da Ermənistan və Fransa İnkişaf Agentliyi arasında kredit sazişi imzalanıb.