Fransa Ermənistanın müdafiə ehtiyaclarını öyrənir. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu Franceinfo-ya müsahibəsində bildirib.
“Mən bir neçə dəfə Ermənistanın müdafiə naziri ilə görüşmüşəm. Bundan əlavə, mən özümü erməni həmkarı ilə bu qədər əlaqədə olan ilk hərbi nazir hesab edirəm. Biz Ermənistanda indiyədək mövcud olmayan və Ermənistan ordusu və Ermənistan hakimiyyəti ilə gündəlik dialoq aparmağa imkan verən müdafiə missiyası açmışıq”, – Fransanın müdafiə naziri bildirib.
Lekornu Ermənistanın problemləri ilə bağlı Fransadan hərbi müdaxilənin olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən, buna inanmadığını və bu suala Respublika Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən cavab verilməli olduğunu vurğulayıb.
“İstənilən halda biz Ermənistandan gələn müraciətləri öyrənirik, qeyd-şərtsiz bunu edirik”, – o deyib.


























