image-1backend

Fransa əsgərlərinin yerləşdiyi Faya Hərbi Bazası Çad ordusuna təhvil verilib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,  Fransa ilə Çad arasındakı əməkdaşlıq sazişinin başa çatmasından sonra rəsmi Paris hökuməti buradakı Faya Hərbi Bazasını təxliyə etdi.

Fransa Baş Qərargah İdarəsinin “X” hesabından edilən açıqlamaya görə, Fransanın Çadda yerləşən əsgərlərinin təxliyəsi davam edir. Çadda Fransa əsgərlərinin yerləşdiyi Faya Hərbi Bazası Çad ordusuna geri təhvil verilib.

Yerli hökumət 28 noyabrda Fransa ilə imzalanmış müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi nəzərdə tutan sazişi ləğv etmək qərarını açıqlamışdı. Bunun ardınca fransız döyüş təyyarələrinin və hərbi birliklərinin ölkəni tərk etməyə başladığı bildirilmişdi.

Qeyd edək ki, Çad rəsmiləri ölkədə yerləşən 1000 fransız əsgərin çıxarılma prosesinin 31 yanvara qədər tamamlanmasını tələb etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image