image-reklam-veteninfo
image-1backend

Fransa iyunun 2-də Zəngəzurda konsulluq açır

image-reklam-veteninfo

Fransanın aylar əvvəl dilə gətirdiyi istəyi – Ermənistanın Zəngəzur bölgəsində konsulluq açmaq niyyəti yaxın günlərdə baş tutacaq.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

“İyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Sünikdə (Zəngəzur-red.) Fransa konsulluğunun açılış mərasimi keçiriləcək”, – deyə “Hraparak” yazıb.

Məlumata görə, QHT sədri Karmen Apuntsun konsul təyin olunacağı gözlənilir.

Ekspertlər “Fransanın Sünikdəki konsulluğunun kollektiv Qərbə xidmət edəcək ciddi hərbi, kəşfiyyat məqsədi daşıyacağı” fikrini ifadə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki