Fransanın xarici işlər naziri Ketrin Kolonna Avropa Parlamentində Ermənistan-Azərbaycan məsələlərinə dair dinləmələr zamanı bir sıra açıqlamalar verib.
Vətəninfo.az xəbər verir ki, xarici işlər naziri qeyd edib ki,“Dünyada heç kim Ermənistanla qonşusu arasında sülhə nail olmaq üçün Fransadan çox iş görmür. Biz ədalətli qərar qəbul etmək üçün Ermənistanın yanındayıq. Fransa kimi Ermənistanı heç bir ölkə dəstəkləmir. Geniş mənada, Aİ missiyası bizim fəaliyyətimizdir və bu, gərginliyi azaltmağa kömək edir. ”, – deyə o bildirib.