Fransa hakimiyyəti baş prokuroru Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalan və üç Fələstin liderinin həbsinə order verilməsini müdafiə etdiyi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə dəstəyini ifadə edib.
Vətəninfo.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin internet saytında dərc edilən bəyanatda qeyd olunub ki, Fransa Beynəlxalq Cinayət Məhkəməsini, onun müstəqilliyini və bütün hallarda cəzasızlıqla mübarizəni dəstəkləyir.
Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, Fransa HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumları pisləyib və hərəkatın mülki şəxslərə qarşı hücumlarını sənədləşdirdiyini vurğulayıb.