image-reklam-veteninfo
image-image_750x_68dd5d1c2b37cbackend

Fransa nüvə doktrinasını yeniləyir

image-reklam-veteninfo

Fransa öz nüvə doktrinasını yeniləmək üzərində işləyir. Vətəninfo.az xəbər verir ki, bu barədə ölkə prezidenti Emmanuel Makron Almaniyanın FAZ qəzetinə müsahibəsində bildirib.

“Fransa nüvə çətirinə malikdir. Hazırda biz doktrinamızı yenidən işləyirik və bu mövzuda maraqlı olan avropalı tərəfdaşlarla strateji dialoqu dərinləşdirmək istəyirəm”, – Makron vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Avropa istiqaməti Fransa nüvə siyasətində hələ 1962-ci ildən mövcuddur. Onun sözlərinə görə, 2026-cı ilin əvvəlində Paris yeni nüvə doktrinasına dair geniş çıxış edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki