“Fransa terroru dəstəkləyən və bu terroru həyata keçirən dövlətdir. Fransa siyasətinin əsasında hər zaman münaqişələrdə iştirak edərək onlardan faydalanmaq dayanır.” -Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Parisin terror siyasətini BMT Təhlükəsizlik Şurasında Afrika ölkələrində sülhyaratma missiyasında iştirakını göstərmək olar.
“Guya, bununla həmin regionda sülh yaratmaq istəyib. Nəticədə orada münaqişələr daha da kəskinləşib, Fransa isə Afrika ölkələrinin təbii resurslarını mənimsəyib. Bununla Fransa həm də BMT-ni gözdən salıb. Bu, Fransa dövlətinin şakəridir. Bunun tarixi əsrlər öncəyə gedir.
Xatırladım ki, İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası ilə ən sıx əməkdaşlıq edən Avropa hakimiyyətlərindən biri də elə Fransa idi.” -deyə Arzuman Muradlı bildirib.