image-reklam-veteninfo
image-1backend

Fransa Ukrayna üzərindən III Dünya Müharibəsinə başlamaq istəmir-Makron

image-reklam-veteninfo
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ölkəsi Rusiya-Ukrayna münaqişəsinə görə III Dünya Müharibəsinin başlamasını istəmir. Vətəninfo.az-ın  France24-ə verdiyi məlumata görə , o, bunu mayın 13-də axşam televiziyaya geniş müsahibəsi zamanı deyib.

“Biz Ukraynaya özünü müdafiə etməkdə kömək etməliyik, lakin biz III Dünya Müharibəsini açmaq istəmirik… Müharibə dayanmalı və Ukrayna danışıqlara başlamaq üçün mümkün olan ən yaxşı vəziyyətdə olmalıdır”, – Fransa prezidenti üç saatdan çox davam edən müsahibəsində bildirib.

O, həmçinin qeyd edib ki, Fransa ABŞ kimi digər Avropa ölkələri ilə nüvə silahı ilə silahlanmış Fransa döyüş təyyarələrinin öz ərazilərində yerləşdirilməsi ilə bağlı müzakirələrə başlamağa hazırdır.

Müsahibədə Makron səlahiyyət müddətinin son iki ilinin prioritetlərini də açıqlayıb. 47 yaşlı Makron iki müddət prezidentlik etdikdən sonra 2027-ci ildə istefa verməlidir. France24 qeyd edir ki, nəzəri cəhətdən o, 2032-ci ildə qayıda bilər, lakin heç bir Fransa prezidenti bunu etməyib.

Müsahibənin sonunda Makron 2027-ci ildən sonra nə edəcəyini hələ düşünmədiyini və diqqətini yalnız gündəlik işlərinə yönəltdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki