image-image_750x_646e3b2ea8b4fbackend

Fransa Ukraynanın təhlükəsizliyinə təminat verməyə hazırdır

image-reklam_sirab_01

Fransa öz tərəfdaşları ilə gözlənilən təhdidlər zamanı Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı mümkün razılaşmaları müzakirə edir. Vətəninfo.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi dünən keçirdiyi brifinqdə bildirib.

“Fransa Ukrayna ilə təhlükəsizlik təminatının təmin edilməsinə yönəlmiş sazişlər üzrə danışıqlara hazırdır. Onlar ölkəyə uzunmüddətli perspektivdə özünü müdafiə etməyə kömək edəcək və gələcəkdə onlara qarşı mümkün təcavüzün qarşısını alacaq”, – Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, “Fransa öz tərəfdaşları ilə birlikdə Ukraynaya uzunmüddətli perspektivdə və bütün sahələrdə ən yaxşı şəkildə necə dəstək verəcəyini düşünməyə davam edir”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki